SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda yaşayış evində partlayış olub.


BAKU.WS
-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb.


Ümumi sahəsi 120 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evdə baş verən partlayış nəticəsində evin dam örtüyü uçub və ev yararsız vəziyyətə düşüb.


Hadisə zamanı 2 nəfər xəsarət alıb. Yanğın baş verməyib.


Ziya Səccad

BAKU.WS