Ötən gün Sumqayıt dəniz çimərliyində iki nəfər batıb. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimən tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanın və bacısı Gülbənizin boğulmasını gördüyündən onları xilas etməyə cəhd göstərib. 
Nəticədə N.Musayeva və Q.Muradov boğulub, xilas edilmiş Gülbəniz isə xəstəxanaya yerləşdirilib. 
 
BAKU.WS