VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda məşhur ticarət mərkəzində yanğın baş verib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Səməd Vurğun küçəsi 34-də yerləşən “AF Mall” ticarət mərkəzində qeydə alınıb.

“Hazırda maşınlarımız hadisə yerindədir. Xəsarət alan olmayıb. Yanğının səbəbi araşdırmalardan sonra məlum olacaq”, - deyə FHN-dən bildirilib.

Ziya
BAKU.WS