VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Zaqatalada 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Balakən rayonu Gərəkli kənd sakini 32 yaşlı Teymur Xipiyev “Mercedes” markalı minik avtomobili ilə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala rayonunun ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü Teymur Xipiyev, onun sərnişinləri Balakən rayon sakinləri 41 yaşlı Novruz Əlirzayev, 33 yaşlı Sərxan Mirzəyev və 47 yaşlı İlyas Şirinov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

BAKU.WS