SİZİN REKLAM BURADA!
055 213 76 73



Şirvan şəhərində ağır yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, 1984-cü il təvəllüdlü Mustafayev Samiq Səlim oğlunun yüksək sürətlə idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Bu zaman avtomobil işıq dirəyinə də çırpılıb və yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan şəhər Yanğından mühafizə hissəsinin yağınsöndürənləri cəlb olunub və yanğının qarşısı alınıb.

Ətrafdakı insanların köməyi ilə qəzaya uğrayan avtomobildən sürücü və sərnişinlər çıxarılıb. Avtomobildə olan sərnişinlərdən Şirvan sakini, 1989-cu il təvəllüdlü Bəşirova Turanə Vaqif qızı hadisə yerində dünyasını dəyişib, digər sərnişin 1995-ci il təvəllüdlü Əhmədov İnqilab Balaqardaş oğlu isə xəsarətlə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS