SİZİN REKLAM BURADA!
055 213 76 73



Astarada iyunun 30-da toyda zəhərlənmə olub.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, toy mərasimində 22 nəfər zəhərlənib.

Zəhərlənən şəxslər Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların əksəriyyəti tibbi yardım göstərildikdən sonra evə buraxılıb, hazırda iki nəfərin müalicəsi davam etdirilir.

Hadisə "Şahin" şadlıq sarayında qeydə alınıb.

Məlumata görə, zəhərlənmənin salat yedikdən sonra baş verdiyi ehtimal edilir.

BAKU.WS