SİZİN REKLAM BURADA!
055 213 76 73



Xırdalanda infarkdan öldüyü bildirilən şəxsin qətlə yetirildiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış araşdırmalarla onun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS