SİZİN REKLAM BURADA!
055 213 76 73



İki gündür, Bakıda yaşanan tıxac gərginliyi sakinlərin əsəbini tarıma çəkib. Bakı-Sumqayıt yolunun "vaxtsız” təmiri paytaxtın az qala hər yerində avtomobil sıxlığının yaranmasına səbəb olub. Lakin Sumqayıtdan, Xırdalandan və yaxın qəsəbələrdən gələn alternativ yollarda sıxlıq "hərarəti” daha çox yüksəldib. Bu ərazilərdən biri də Sulutəpə qəsəbəsindən keçən yoldur.

BAKU.WS
BakuPost-a istinadən xəbər verir ki, dünən axşam saatlarında bu yolu Dövlət Yol Polisi əməkdaşları izahatsız bağlayıblar. Sürücülər düşünüblər ki, yəqin, yüksək vəzifəli şəxslərə görə bu addım atılıb. Təxmini yarım saat istidə əziyyət çəkən sürücülər boş saxlanan yoldan şütüyən avtomobilləri gördükdən sonra isə sözün əsl mənasında şoka düşüblər. Şahidlərin sözlərinə görə əvvəlcə nömrə nişanı 010-la bitən "Lexsus” markalı mülki maşın, arxasınca isə ağ rəngli, dövlət nömrə nişanı 004-lə bitən "Porsche” markalı avtomobil keçib. Onları isə bir yol polisi avtomobili müşayiət edib.

Sürücülər yolu bağlayan yol polislərindən öyrəniblər ki, arxada gedən "Porsche” müğənni Günay İbrahimlinin avtomobilidir. Müğənniyə görə yolun niyə bağlanıldığına isə cavab ala bilməyiblər. Bircə o məlum olub ki, müğənni Sulutəpədə bir villada yaşayır.

Xatırladaq ki, Günay İbrahimlinin ağ "Porsche” alması ilə bağlı bir müddət əvvəl mətbatda yazılar dərc edilib. Onun əvvəlki "Range Rover" avtomobilini də "004” nömrə ilə sürdüyü bəllidir.

BAKU.WS