Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb.

Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gedib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.

Yanğına ilkin səbəb kimi, zibil vedrələrinin yanması göstərilir.

*** 15:30 ***

Bakının Nizami rayonunda yerləşən avtomobillərin saxlanıldığı meydançada güclü yanğın baş verib.

Bu baradə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Bildirilib ki, əraziyəhadisə yerinə yanğınsöndürlən avtomobillər cəlb olunub.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

BAKU.WS