SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Metronun "Elmlər Akademiyası" stansiyasında bu gün səhər saat saatlarında həyəcanlı anlar yaşanıb.

BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, hadisə metronun "Dərnəgül" stansiyasından "Həzi Aslanov" stansiyasına gedən qatarda səhər saat 9 radələrində baş verib. Qatar xətdə hərəkət edərkən vaqonda olan sərnişinlərdən iki gənc xanımın halı qəfildən pisləşib və onlar bayılıb.

Sərnişinlər metronun "Elmlər Akademiyası" stansiyasında qatardan çıxarılıb. Onlara ilkin tibbi yardım göstərilir.
 
BAKU.WS