SİZİN REKLAM BURADA!
055 213 76 73



Mayın 15-də Samux rayonunun Qarabağlar kəndi ərazisindəki artezian quyusuna nəzarət edən gözətçi otağına atəş açılması barədə “102 - Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar dərhal Samux rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla həmin gün kənd sakinlərinə məxsus əkin sahəsində artezian quyusuna nəzarət edən Elsevər Qurbanovun olduğu gözətçi otağına gələn Adil Behbudovun ov tüfəngindən bir neçə dəfə otaq istiqamətində atəş açdığı müəyyən edilib.

Qırmalardan biri E.Qurbanovla birgə otaqda olan Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Elsevər Kazımovun boyun nahiyəsinə dəydiyindən o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Behbudov saxlanılaraq istintaqa təhvil verilib.

BAKU.WS