VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qax rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının Qax rayonunun Baydarlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən "Mercedes" markalı sərnişin mikroavtobusu "KamAZ"la toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər ölub, 3 nəfər yaralanıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.

BAKU.WS