Bakıda qəribə hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, azərbaycanlı taksi sürücüsü ərəb turistin itən telefonu tapıb. 


Ərəb turist bunun müqabilində sürücüyə 50 manat verəcəyini bildirib. Sürücü isə bunun az olduğunu bildirib və 100 manat tələb edib. Məhz bu söhbət əsnasında ərəb turist qəfil axraya addım atıb və "lyuk"a düşüb.

Daha sonra çətinliklə də olsa turisti "lyuk"dan çıxarıblar. 

Bu hadisə qısa zamanda sosial şəbəkələrdə böyük marağa səbəb olub. 

Abbas
BAKU.WS