SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Xətai rayonunda intihar faktı qeydə alınıb.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, hadisə Neapol küçəsi 19 ünvanında baş verib.

Məlumata görə, 1968-ci il təvəllüdlü Cabbarov Natiq Ağamirzə oğlu evdə ailə üzvləri ilə mübahisə edib. Daha sonra o, yaşadığı binanın 5-ci mərtəbəsində eyvana çıxaraq özünü yerə atıb. Ağır xəsarətlər alan N.Cabbarov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

BAKU.WS