VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“BakuBus” MMC Bakıda bəzi marşrut avtobusların qrafikində qeydə alınan ləngimələrlə bağlı məlumat yayıb.

"BakuBus"un mətbuat katibi Qabil Babayevin BAKU.WS-ə bildirib ki, paytaxtda 2, 6, 13 və 14 nömrəli marşrut xəttləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusların qrafik üzrə hərəkətində ləngimələr qeydə alınmaqdadır.

Onun sözlərinə görə, bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) təmir işlərinin aparılması ilə əlaqədardır.

“BakuBus” MMC yaranan müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir və mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edir", - deyə o bildirib.

BAKU.WS