SİZİN REKLAM BURADA!
055 213 76 73



Zaqatalada 47 yaşlı kişi intihar edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün saat 15 radələrində rayonun Yengiyan kənd sakini, 1971-ci il təvəllüdlü Sərdar Kamal oğlu Məmmədovun meyiti yaşadığı kəndin inzibati ərazisində, ailəsinə məxsus fındıq bağında fındıq ağacından asılı vəziyyətdə aşkar edilib.

Sərdar Məmmədovun hələlik istintaqa məlum olmayan səbəbdən intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

BAKU.WS