VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Lerik sakini Mirtəmən Sadıqovun Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıqovanın ərə verilməsi ilə bağlı yaydığı video müraciətdən sonra məsələyə hüquqi qiymət verilib.

BAKU.WS
“media.az”a istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan qızın nişanlısı həbs edilib.

Məsələ ilə əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

Xatırladaq ki,14 yaşlı Leyla Sadıqovanın atası Mirtəmən Sadıqov qızının keçmiş həyat yoldaşı Əminə Məmmədova tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Prezidentə, dövlət orqanlarına müraciət edən ata toyun baş tutmasına mane olmaq üçün köməklik istəmişdi. Virtualaz.org həmin müraciəti araşdırıb, azyaşlının ərə verilməsi cəhdinə müvafiq dövlət orqanlarının, ictimai birliklərin müdaxilə etməli olduğu haqda yazıb.

İyul ayının 1-də “Sahil” şadlıq sarayında keçirilməsi nəzərdə tutulan toy ləğv olunub. Bildirilir ki, 14 yaşlı qız 3 aylıq hamilədir.

BAKU.WS