SİZİN REKLAM BURADA!
055 213 76 73



Göygöl rayonunda arvadını və onun anasını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinən Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Adil oğlu Əliyevə höküm oxunub.

Məhkəmə qərarı ilə Z.Əliyev 20 il müddətinə (10 ilini ciddi rejimdə çəkməklə) azadlıqdan məhrum olunub.

Qeyd edək ki, 17 avqust 2017-ci ildə Z.Əliyev arvadı, 1989-cu il təvəllüdlü Günel Vilayət qızı Əliyevanı və qayınanası, Tovuz rayon Əlimərdanlı kənd sakini, 1964-cü il təvəllüdlü Minayə Əliyevanı bıçaqlayıb. G.Əliyeva hadisə yerində, onun anası isə xəstəxanaya aparılarkən yolda ölüb.

BAKU.WS