SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecə Bakının Nizami rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Əli Vəliyev küçəsində ümumi sahəsi 585 m² olan çörək sexinin yanar konstruksiyaları 490 m² sahədə yanıb. Bundan başqa, ona bitişik, ümumi sahəsi 80 m² olan tikilinin (kafe kimi istifadə olunub) dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS