SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda atasının evindən oğurluq edən oğul tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisindəki evlərin birindən 190 manat və 450 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs sahibinin oğlu Əflatundur. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

BAKU.WS