VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tovuz rayon sakini bıçaqlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Əlibəyli kənd sakini, 1970-ci il təvəllüdlü Bayramov İlqar Səməd oğlu bıçaq yaraları ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, İ. Bayramov münaqişə zəminində qohumu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS