VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dənizdə 26 yaşlı gənc batıb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “Zuğulba-3” sularda xilasetmə məntəqəsinin qadağan olunmuş ərazisində, çimmək qadağandır nişanına və xilasedicilərin təlimatına məhəl qoymadan, 1992-ci il təvəllüdlü İsmayılov Qabil İbrahim oğlu dənizdə çimərkən boğulmaq təhlükəsiylə üzləşib və məntəqənin xilasediciləri tərəfindən sudan çıxarılıb.

Q.İsmayılov Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib və xəstəxanaya aparılarkən yolda keçinib.

BAKU.WS