VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı-Ələt yolunda yük maşını mikroavtobusla toqquşub.

BAKU.WS
APA-ia istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-İran sərhədi yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini Səid Məmmədovun idarə etdiyi “Shacman” markalı yük maşını Masallı rayon sakini İmran Dadaşovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində ölüb. Onun idarə etdiyi avtomobildə olan daha 3 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS