VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İsmayıllı Rayonun Qalacıq kəndində körpünü sel dağıtdı və 2000 nəfərə yaxın sakini olan kəndin respublika ilə nəqliyyat əalqəsi kəsilib.

BAKU.WS-in məlumatına görə, artıq üç gündür ki, yol bağlanmağına baxmayaraq ciddi tədbirlər görülmür. Kənd camaatı bu biganəlikdən narahatlıq edirlər: 

"Rayonun nəqliyyat idarəsi 1 maşın çınqıl daşı(şebel) gətirdilər ki, töksünlər. Ancaq haqlı olaraq Daxili İşlər Nazirliyinin əməkdaşları buna icazə vermədlər. Bildirdlər ki, bu daşların körpünün altına tökülməsinin mənası yoxdur, onsuzda çay yuyub aparacaq, sakinlərdə arxayınçılıq yaranar, körpüdən istifadə edərlər və bu daha böyük-insan faciəsinə səbəb ola bilər", -deyə Qalacıq kənd sakinləri bildirir. 

Sakinlərin sözlərinə görə, hazırda sakinlər nə işə gedə bilir nə də ərzaqla təmin oluna bilir. Hətta digər yerlərdən kəndə qonaq gələnlər də geriyə qayıda bilmirlər.

BAKU.WS