Gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Yol qəzasında "Porsche" markalı minik maşını ilə "Geely" markalı taksi avtomobili toqquşub. Məlumata görə, "Porsche" Füzuli küçəsi ilə eyni adlı meydan istiqamətində hərəkət edirmiş. "London Taxi" avtomobili isə S.Vurğun küçəsi ilə gələn zaman yol ayırıcısında onun qarşısına çıxıb. Toqquşmadan sonra avtomobillər beton arakəsmələrə də dəyib. Nəqliyyat vasitələrinə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisənin səbəblərinə gəlincə, sürücülər bunu S.Vurğun küçəsini Füzuli küçəsi ilə ayıran işıqforun işləməməsi ilə əlaqələndirib. İşıqforun işləmədiyi doğru idi. İşıqforun işləməməsi isə bu yolla hərəkət edən sürücülər üçün təhlükənin hələ də qaldığından xəbər verirdi. Hətta bu hadisədən sonra bir neçə dəfə eyni nöqtədə qəza şəraiti də yarandı.

Hadisənin təfərrüatları polis tərəfindən araşdırılır. İşıqfor işləmədiyi halda bu yol ayırıcısında kimin hərəkət üstünlüyünə sahib olduğunu da bu araşdırma göstərəcək.

BAKU.WS