SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Cəfərov Fuad Amin oğlu Vəzirov küçəsi ilə evə gedərkən ona tanımadığı şəxs yaxınlaşıb.

Bu zaman onların aralarında mübahisə düşüb. Nəticədə F.Cəfərovun sağrı nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı çoxlu qan itirib. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS