VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

BAKU.WS
report-a istinadən verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Ə.İsmayılov ittiham aktını almadığını deyərək, məhkəmənin təxirə salınmasını istəyib.

Məhkəmənin hazırlıq iclası iyunun 21-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yaxınlığında baş verib. O, tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bu il yanvarın 25-də Ə.İsmayılov ölkəndən qaçmaq istəyərəkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintezatorda düzgün müşayət etməməsi olub.

Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.

BAKU.WS