SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Bakıda insanların sıx məskunlaşdığı ərazilərdə, strateji obyektlərdə hüquq-mühafizə orqanları ciddi yoxlamalara başlayıb.

 

Şəhər sakinlərinin BAKU.WS-ə verdikləri məlumata görə, Bakı metrosunda. Avtovağzalda, dəmiryolu vağzalında polislər ciddi yoxlamalar aparır. Bildirilir ki, metronun bütün stansiyalarında böyük yoxlamalara start verilib.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Baş polis İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun BAKU.WS-ə verdiyi məlumata görə, paytaxtda insanların təhlükəsizliyini qorumaq üçün Bakı polisi hər zaman gücləndirilmiş iş rejimində çalışır. 

"Fransada, o cümlədən bir çox dövlətlərdə baş verən terror aktları ilə bağlı bütün dünyada olduğu kimi ölkəmizdə də nəzarət daha da gücləndirilib. Əhalinin sıx məskunlaşdığı ərazilərdə, metro stansiyalarında, ictimai nəqliyyatda, azarlarda, vağzallarda polislər bir qədər də nəzarəti gücləndiriblər. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur. Bakı polisi həmişə olduğu kimi indi də vəziyyətə tam nəzarət edir”, - deyə Qalib Rəhimov bildirib.

Ziya Səccad
BAKU.WS