SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda itkin düşən Ukrayna vətəndaşı olan gənc ana və əkizləri tapılıb.

BAKU.WS
-in əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Viktoriya Mixaylovna əkiz övladları - Türkiyə vətəndaşları 2018-ci il təvəllüdlü Mehmet Yılmaz və Furkan Yılmazla birlikdə "Təmiz Dünya" İctimai Birliyinin sığınacağına yerləşiblər.

Evdən qaçma səbəbi açıqlanmayan qadının uşaqlarının atası tərəfindən təcavüzə məruz qalması istisna edilmir.

Hazırda Ukrayna səfirliyi vətəndaşının talehi ilə maraqlanır.  

Xatırladaq ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Bakının Binəqədi rayonunda kirayədə qalan Ukrayna vətəndaşı 1990-cı il təvəllüdlü Viktoriya Mixaylovna əkiz övladları - Türkiyə vətəndaşları 2018-ci il təvəllüdlü Mehmet Yılmaz və Furkan Yılmazla birlikdə evdən çıxıb və geri qayıtmayıb. Onun itkin düşməsi barədə polisə məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsi onların axtarışına başlayıb və hər üçünün "Təmiz Dünya" sığınacağında məskunlaşdığını aşkarlayıb.

Qadının sığınacağa müraciət etməsinin səbəbi açıqlanmır.

Zülfiyyə Qurbanova
BAKU.WS