SİZİN REKLAM BURADA!
055 213 76 73



İyunun 6-da Qazax rayonunun Kosalar kənd sakini S.Pənahov rayon Polis Şöbəsinə müraciət edərək həmin gün şəhər bazarında naməlum şəxsin ona verdiyi 400 avronu manata dəyişdiyini, sonradan isə həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadovun BAKU.WS-ə verdiyi məlumata görə, həmin əskinaslar ekspertizaya təqdim olunub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən Şıxlı kəndinin ərazisində saxlanılıb.

Araşdırmalarla onun Tovuz rayon sakini Etibar Məmmədli olduğu müəyyən edilib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

BAKU.WS