SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə T.Qumralın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş müğənni Nazənin Salayevanın vəkili Ceyhun Yusifov vəsatət qaldırıb. O, müvəkkili ilə yeni müqavilə bağladığını, cinayət işi ilə tanış olmadığını deyərək, məhkəmədən vaxt istəyib.

Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin olunub.

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı N.Salayevin arasında qalmaqal “ANS”-in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək, T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib. Nazənin məhkəmədə həyat yoldaşının müğənni T.Qumralla intim münasibəti olduğunu sübut edib.

Məhkəmənin qərarı ilə T.Qumral N.Salayev və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS