Əfqanıstanda dəhşətli cinayət baş verib.

BAKU.WS
“RİA Novesti” agentliyinə istinadən xəbər verir ki, hadisə Xost əyalətində qeydə alınıb.

Axşam saatlarında Məscidə silahlı hücum olub. Naməlum şəxslər insanlar ibadətlə məşğul olan zaman atəş açıblar. Açılan atəş nəticəsində 4 nəfər namaz qılarkən ölüb, 3 nəfər yaralanıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

BAKU.WS