SİZİN REKLAM BURADA!
055 213 76 73



Göyçay rayonunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 22:00 radələrində Göyçay-Ucar yolunda “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yenicə baş verdiyi üçün yaralıların adları hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS