VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

BAKU.WS
report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Səriyyə Nəcəfova ifadə verib.

O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini və özünü pis hiss etdiyini söyləyib. S.Nəcəfova dindirilərkən qeyd edib ki, təqsirləndirilən N.Məmmədov bankda onu bıçaqla hədələyib: "Həmin zaman ona yalvardım. Bir Allah bilir ki, mən onda nələr çəkdim. Hadisə yerində yaşlı, ya da hamilə qadın olsaydı, ürəyi partlayıb ölərdi. Ona yalvardım ki, "3 balam var, nə olar burax məni". O da buraxdı. Sonra siqnalizasiya işə düşdü, polislər gəldi. Nazim bankdan pul tələb edirdi. Məni tutub dedi ki, "bunu tutmuşam, mənə pul verin". Nə qədər pul istədiyini isə söyləmədi".

Zərərçəkmiş şikayətinin və tələbinin olmadığını ifadə edib.

Daha sonra həmin zaman bankda olan hadisə şahidləri ifadə veriblər.

Növbəti proses iyunun 12-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il "Turan Bank" ASC-nin Yasamal filialında baş verib. O, bankda müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədarlıqdan pul verilməsini, əks halda qadını öldürəcəyini deyib. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb. Araşdırma zamanı həmin şəxsin paytaxtın Yasamal rayon sakini 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilib.

BAKU.WS