VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Şəmkirdə 18 yaşlı oğlan suda boğulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məmməd oğlu yaradılan süni göldə çimən zaman boğulub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları meyiti sudan çıxararaq aidiyyatı üzrə təhvil verib.

BAKU.WS