SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub.

APA-nın yerli bürosunun xəbərinə görə, güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurub.

Qeyd edək ki, bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.

Xatırladaq ki, körpüdə çökmə təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti bu gün günorta saatlarından dayandırılmışdı.

BAKU.WS