SİZİN REKLAM BURADA!
055 213 76 73



2012-ci ildə “Ded Xasan” ləqəbli məşhur kriminal lider Aslan Usoyanın yaxın adamlarından olan kriminal avtoritet İlqar Əliyevi qətlə yetirən killer Moskvada yaxalanıb.
 
APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.
 
Killerin adı Talıbxanlı Hacıbaba Tahir oğludur. O, 1983-cü il təvəllüdlüdür və Azərbaycanda doğulub.
 
H. Talıbxanlı Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən mayın 31-də saxlanılıb.

BAKU.WS