VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın baş verib, 30 nəfər təxliyə edilib.

BAKU.WS
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınla bağlı yaydığı əlavə məlumatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

BAKU.WS