SİZİN REKLAM BURADA!
055 213 76 73



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, yanğın Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında olub.

Saat 14:07-də yanğın söndürülüb. İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

BAKU.WS