SİZİN REKLAM BURADA!
055 213 76 73



Qazax rayonunda məktəbli çayda boğulub. APA TV-nin qərb bürosunun xəbərinə görə, Bakıdan Qazaxa qonaq gələn 2004-cü il təvəllüdlü Mustafayev Elnar Murad oğlu Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində çimərkən batıb.

Şahidlərin sözlərinə görə, onunla birgə çayda çimmək üçün bir neçə məktəbli də gəlibmiş. Ancaq digərləri sonradan qorxaraq qaçıb. Yaxınlıqdan keçən şəxslərdən biri çayın sahilində paltar və mobil telefon tapıb və polisə məlumat verib. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.

Aparılan axtarışlar nəticəsində uşağın meyiti tapılıb və müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

BAKU.WS