SİZİN REKLAM BURADA!
055 213 76 73



“Facebook” daha bir ailənin darmadağın olmasına səbəb olub.

BAKU.WS
xəbər verir ki, hadisə Şimali Kipr Türk Cümhuriyyətində baş verib. L.Kunduracı adlı qadın 7 yaşlı oğlu Ercan Kayaya 17 bıçaq zərbəsi vurub. Daha sonra o, uşağın başını kəsib.

Dəhşətli cinayəti törədən qadın daha sonra damarlarını kəsərək intihar etmək istəyib. İşdən evə gələn ailə başçısı 64 yaşlı Tahir L. Dəhşətli mənzərə ilə qarşılaşıb. Bir tərəfdən 7 yaşlı oğlunun başsız bədəni, digər tərəfdə isə qan içində çapalayan həyat yoldaşını görən kişi şoka düşüb. Affekt vəziyyətinə düşən Tahir L. Özünü pəncərədən atıb.

Hadisə yerinə gələn təcili yardım həkimləri yaralı ər və arvadı xəstəxanaya yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq, Tahir L.-nin həyatını xilas etmək mümkün olmayıb.

Yaralı qadın isə əməliyyat olunduqdan sonra polis nəzarətinə götürülüb. Araşdırmalar zamanı məlum olub ki, ailədə problemlər olub. Münaqişə nəticəsində kişi qadından ayrılacağını bildirib. Hətta boşanmaq üçün məhkəməyə də müraciət edibmiş.

Cinayət baş verən günü kişi ailə fotosunu “Facebook” səhifəsində paylaşıb. Fotonun altında yazıb ki, oğlunu qadında alacaq.

Bu paylaşmadan əsəbləşən qadın oğlunu öldürüb və özü də intihar etmək istəyib.

BAKU.WS