SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilir.


BAKU.WS
Bizimyol.info-nun Nardaranda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Nardaran sakinləri  "İmam Hüseyn" meydanına toplaşıblar. Onlar özləri ilə daşlar, dəmirlər parcaları gətiriblər.


Nardaran sakinlərindən birinin dediklərinə görə, evdə dəmir səsindən oturmaq olmur. Qadınlar əllərinə aldıqları "lom"larla qaz borularını döyəcləyirlər.


Qeyd edək ki, Bu gün saat 13:00 radələrində Bakıda xüsusi əməliyyat keçirilib.

 

Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.

 

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.


BAKU.WS