VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu yaxınlarda daha bir ailədə üçəm sevinci yaşanıb.

 

Bu barədə BAKU.WS-ə övlad sevinci yaşayan valideynlər xəbər veriblər.

Verilən məlumata görə, 26 yaşlı Kamran Əliyev və 26 yaşlı Nuranə Əliyevanın nikahından 3 uşaq doğulub. Uşaqlardan ikisi oğlan, biri isə qızdır. Oğlanların birinin 1 kq, digərinin isə 900 qram çəkisi var. Qız isə 800 qram çəkidədir. Əvvəlcə uşaqların səhhətində problem olsa da sonradan həkimlər bunu aradan qaldıra biliblər. 

Hələlik ailə körpələrə nə ad qoyacağını fikirləşir. Qeyd edək ki, bu yeni qurulan ailənin ilk övladlarıdır.

Ziya Səccad
BAKU.WS