VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Şahdağ Milli Parkına məxsus ərazidə baş verən yanğınla bağlı məlumat yayıb.

ETSN-nin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, noyabrın 25-də saat 24.00 radələrində Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib. Dərhal əraziyə cəlb olunmuş ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində noyabr 26-da saat 07.00 radələrində yanğının qarşısı tam alınıb.

Yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib.

Qeyd edək ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır. Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub.

Ziya Səccad
BAKU.WS