Tanınmış müğənni, əməkdar artist Zöhrə Abdullayevanın bu gün vəfat edən oğlu dəfn olunub.

BAKU.WS
xəbər verir ki, dəfn mərasimində çoxsaylı insan iştirak edib.

Əməkdar artistin acısına şərik çıxmağa sənət yoldaşları, dostları, yaxınları ilə yanaşı xəbər tutan hər kəs axışıb. Dəfn mərasimində izdiham yaşanıb.

İ. Abdullayevin cənazəsi bu gün günorta saat 2-də Nardaran qəsəbəsində yerləşən evindən götürülüb. O, Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Əməkdar artistin 47 yaşlı oğlu İsrafil Abdullayev uzun müddətdir beynin xərçəngindən əziyyət çəkirdi. Beyin xərçəngindən əziyyət çəkən Abdullayevin son 3 gündə vəziyyəti pisləşib və o, bu gün səhər saatlarında dünyasını dəyişib.

İsrafil Abdullayevin iki övladı var. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.

Bildirilir ki, İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb.

Allah rəhmət eləsin!

Zülfiyyə Qurbanova
BAKU.WS



TƏCİLİ KREDİT SİFARİŞLƏRİ