SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün saat 09:25-də "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında insident baş verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, gənc oğlan özünü "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.

Bununla bağlı maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir.

BAKU.WS