SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Səbail rayonunda yerləşən Mərkəzi Univermaqdan oğurluq edilib.

BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, həmin univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.

İlkin araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin əməkdaşları araşdırmaları davam etdirir.

Ziya Səccad
BAKU.WS