SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda azyaşlı valideyn vəhşiliyinin qurbanı olub.

BAKU.WS
xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın rayonlarının birində ana öz uşağının əl-ayağını bağlayaraq ona işgəncələr edib:

“Bu foto mənə "İnstagram"da göndərilib. Fotoları göndərən şəxs bildirib ki, uşağa şiddət olub. Bununla bağlı məndə başqa fotolar da var. Lakin mən yerində araşdırmayana və məsuliyyətli şəxsləri məsələyə cəlb etməyənə qədər bir söz demək istəmirəm!", - deyə Kəmalə Ağazadə bildirib.

Təşkilat rəhbəri bildirib ki, bu vəhşiliyi uşağın anası törədib: "Burada başqa məsələlər də var. Mən araşdırma apardıqdan sonra ətraflı məlumatlar yayacam”.

Südabə
BAKU.WS