SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində, 9-cu mikrorayon ərazisində qətl törədilib. APA TV-nin verdiyi xəbərə görə, qısqanclıq zəminində baş vermiş hadisə zamanı ər arvadını qətlə yetirib.

Məlumata görə, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyevanın başqa bir kişi ilə görüşməsindən şübhələnən əri qadına 18 bıçaq zərbəsi vurub. Bundan sonra hadisəni törədən kişi könüllü polisə təslim olub. Polisə verdiyi ifadəsində o, həyat yoldaşı 36 yaşlı R.Feyziyevanın ona xəyanət etdiyini və yaşadığı mənzildən yad kişi ilə şəklini tapdığını deyib.

Hazırda Sumqayıt şəhər Prokurorluğunda istintaq araşdırmaları aparılır.

BAKU.WS