VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ABŞ prezidenti Donald Trampın xanımı Melanya Tramp böyrəklərindən əməliyyat olunub.

BAKU.WS
xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, 48 yaşlı birinci xanımın böyrəklərində xoşxassəli şiş olub. Əməliyyat uğurlu keçib. Tramp xəstəxanada olan həyat yoldaşını ziyarət edib.

Qeyd edək ki, Melanya Tramp 1970-ci ildə Sloveniyada anadan olub. O, karyerasına 16 yaşında model kimi başlayıb. Melanya tez bir zamanda uğur qazanıb. 1999-cu ildə "Allure" jurnalında işə başlayarkən Trampla tanış olur. Nyu-Yorkda model kimi fəaliyyətini davam etdirərkən isə onların münasibəti daha da yaxınlaşır.

BAKU.WS